Azərbaycan'ın Haker Saytı Az-Xploit

Qaranlıq'ın Bir Parça'sı

Az-Xploit Haqqında

"Azerbaijan Xploiter Team" 02 mart 2014-ci il tarixində bir qrup Azərbaycanlı hakerlər tərəfindən yaradılmışdır. Yarandığı gündən təyin olunmuş konsepsiyaya əsaslanaraq kordinasiyalı şəkildə fəaliyyət göstərməkdədir. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır.Yarandığı gündən iri miqyaslı kiber hücumları ilə ictimaiyyətdə əks-səda yaratmışdır. "Azerbaijan Xploiter Team" haker qrupunun əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyini təmin etmək, Azərbaycana və Azərbaycanlılara qarşı törədilmiş soyqırımları, ədalətsizlikləri, erməni terrorizmini, erməni vəhşiliyini dünyaya çatdırmaq və Konstitusiyamıza zidd, Azərbaycanın milli maraqlarına zidd olan və yalnış informasiyalar yayan saytların aradan qaldırılmasını təmin etmək, həmçinin təhlükəsizliklə bağlı istənilən Azərbaycan saytlarının idarə heyətinə təmənnasız köməklik göstərməkdən ibarətdir.

Hacker Nə Deməkdir?

Haker (Hacker, hack- yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər.

Məqsədimiz Nədir?

Məqsədimiz hack mədəniyyətində hərəkət etmək və biliklərimizin hüdudlarını və nələr edə biləcəyimizi genişləndirməkdir. Öyrənmək, öyrətmək. Biz ölkə sərhədləri daxilində məhdud bir komanda deyilik, xaricdəki kimi kanallarda çox məşhur bir quruluşuq. AzXploitTeam. Ümid edirik ki, veb saytımıza abunə olan hər kəs yalnız informasiya texnologiyaları üçün üzv olacaqdır.

Instagram


Forum


Community